Cəmiyyət

Elnur Niftəliyevin qızı Türkiyədə 10 min nəfər arasında birinci oldu - FOTO

22 Noyabr 2024 16:32
Baxış: 1 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalist Elnur Niftəliyevin övladı Türkiyədə təşkil olunan imtahanda birinci olub.

Milli.Az-ın məlumatına görə, Niftəli Gülcan Elnur qızı 9813 nəfər arasında 1-ci yeri tutub.

"Bunu yazarkən keçirdiyim xoş hissləri, yaşadığım qüruru sözlərlə ifadə etmək mümkünsüzdür. İllərlə çəkilən zəhmət hər zaman bəhrə verir. Necə ki, Gülcan qızım bunu ən yüksək səviyyədə sübut etdi.

Bu rəqabətdə, təxminən 10 min nəfər arasında 1-ci olmaq... İnşallah arzuladığın kimi xalqımıza, dövlətimizə layiqli kadr, həkim olacağına da inamım sonsuzdur.", - deyə Elnur Niftəliyev sevincini bölüşüb.

Qeyd edək ki, Elnur Niftəliyev həm də fəlsəfə doktoru, "Tərəqqi" medalı mükafatçısıdır.

Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.