Əri tərəfindən döyülən qadın qızı ilə birgə evdən qaçdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Səbail rayonunda 1979-cu il təvəllüdlü Bəhruz ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Səmayəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, hadisə 10 aprel 2024-cü ildə baş verib. Bəhruz həmin gün səhər saat 05:00-da yaşadıqları evin yataq otağında arvadı Səmayənin ona laqeyd münasibəti səbəbindən əsəbləşib.
O, arvadının ailə münasibətlərinin kəskinləşməsi ilə əlaqədar bu zəmində yaranan mübahisə zamanı ona şillə ilə sifətdən vurub. Ona alt dodağın yumşaq toxumalarının şişkinliyi və qançırı fonunda əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsrətlər yetirib.
Hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə yaşayır, taksi sürücüsü işləyir: "Səmayə ilə 2006-cı ildə ailə həyatı qurmuşam, birgə nikahdan bir qız övladımız var. Aprelin 9-da, saat 21:00-da evdə olarkən arvadım Səmayəni bir neçə dəfə çağırdım. Lakin Səmayə mənə qulaq asmadı və çağırışlarıma gəlmədi. Bundan sonra mən işə getdim. Səhət səhər saat 05:00-da evə gəldim. Evə qayıdarkən Səmayəyə bərk hirsləndiyim üçün yataq otağımızda onu oyadaraq şillə vurdum. Əməlimdən səmimi peşman olmuşam, bir daha belə hallara yol verməyəcəm".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səmayənin sözlərinə görə, Bəhruz davamlı olaraq spirtli içki qəbul edərək hər dəfə ona qarşı fiziki güc tətbiq edib: "Aprelin 9-da axşam saatlarında evdə yemək yediyim vaxt, eyni zamanda uşağa yemək verərkən Bəhruz məni çağırdı. Mən yemək yediyimi bildirərək getmədim. Bəhruz taksi sürücüsü işlədiyi üçün sonradan işə getdi. Daha sonra Bəhruz səhər saat 05:00-da sərxoş vəziyyətdə evə gəldi. Həmin vaxt mən yatırdım. Bəhruz məni çağırarkən niyə gəlmədiyim üçün qışqırdı və böyrümə möhkəm yumruq zərbəsi vurdu. Sonra başıma yumruq vurdu, dodağımı vurduğu üçün şişdi. Səsə qızım Ləman oyandı, məni vurmaması üçün qışqırdı. Lakin Bəhruz ikimizin də saçımızı yolmağa başladı. Daha sonra qızım ilə birlikdə evdən qaçdıq".
Bu cinayət işinə Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 1200 manat miqdarında cərimə cəzasına məhkum edilib. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib
-
Səhiyyə nazirinə yeni müşaviri təyin edildi
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik
-
Türkiyədə 4,5 ballıq zəlzələ oldu
-
"Oğlum məmurdur, imkan vermərəm oxusun" - Ağadadaş Ağayev
-
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur
-
BDYPİ küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
-
Şəkərli diabet xəstələri üçün dövlət təminatı genişlənir - Uşaqlar üçün yenilik
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - Anbaan (Video)
-
Sabah Cəlilabadda qaz olmayacaq
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Hikmət Çətin vəfat edib
-
“Azərbaycanlı azarkeşlər üçün üzüldüm” - Dambrauskas Yamaldan danışdı
-
Məhkəmə Palata tərəfindən AQC sədrinə verilmiş qanunsuz töhməti ləğv edib
-
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)





