"Yoldaşım telefonu mənə uzatdı ki, Emin Ağalarovdan zəng gəlir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İnstagram"dan zəng gələndə yoldaşım telefonu mənə uzatdı ki, Emin Ağalarovdan zəng gəlir".
Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti, biznesmen Emin Ağalarov tərəfindən təşkil edilən lotereya kampaniyasında qalib gələn Qarabağ müharibəsi qazisi Rauf Qasımov deyib.
Nail Kəmərlinin "Youtube" kanalına müsahibəsi zamanı qazi həyat hekayəsini bölüşüb:
"Mən Rauf Qasımov Teymur oğlu, Ağdam rayonunun Mərzili kəndindənəm. Gizirlik alandan sonra könüllü şəkildə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı kəşfiyyat bölməsinə yazıldım. Kurs keçdik, çox çətinliklərə qatlaşdıq. Amma bütün bunlara rəğmən sonuna qədər gedib istəyimə nail oldum. Kursu tam başa vurandan sonra bizim ən ağır günlərimiz başladı. Təlimlərə qatılanda aylarla atam-anam mənim üzümü görmürdü. Təlimlər zamanı meşədə yaşayırdıq. Özümüz də bilmirdik ki, harada xidmət edirik, bizi hara aparırlar. Ancaq hiss edirdik ki, bu ağır təlimlərin sonunda bir döyüş yaxınlaşır. Çox keçmədi ki, Tovuz hadisələrindən sonra 27 sentyabrda döyüşlər başladı. Bütün cəbhə boyu tapşırıq verildi. Bizim başladığımız istiqamət Ömər aşırımı tərəfdə idi. O qədər soyuq var idi ki, gecələr insanlar çölə çıxa bilməzdi. Biz isə ancaq qayanın üzərində idik. Səhərə qədər ayaq üstə qalırdıq, yatmaq söhbəti olmurdu. Yeməyi belə güclə tapırdıq. Əlimiz donduğu üçün silahı hazır vəziyyətə gətirmək çox çətinləşirdi. Bir gün o ərazidən çıxmalı olduq. Bizə tapşırıldı ki, cibimizdə yeməli nə varsa boşaldıb yerinə güllə, silah-sursat dolduraq. Komandirimiz tapşırdı ki, orada bizi yemək yox, güllə xilas edəcək. Taborun içində təkcə mən balaca "snickers" götürüb cibimə qoydu. Getdiyimiz yerdə döyüşün sonunda həmin şokalad 12 nəfəri aclıqdan qurtardı".
Qazi qazandıqları evə köçəcəkləri tarixi də açıqlayıb:
"Allah arzusunda olanlara, ürəkdən istəyənlərə qismət eləsin. O sevinc bizim həyatımızın ən böyük arzusu idi. Gənc ailənin ən böyük arzusu ev olur. Təbii ki, qarşıdakı illərdə dövlət tərəfindən ev ilə təmin olunacaqdıq. Amma "Sea Breeze" şəhərciyindən bu evi qazanmağımız çox böyük sevinc oldu. Allah Emin Ağalarova da kömək olsun ki, belə gözəl bir yarışma keçirir, gözəl şəhərcik tikir. Biz gedib oraları gördük. Həqiqətən çox möhtəşəmdir. Oraya xəyalların dünyası demək olar. Dekabrın 1-dən binalar təhvil veriləcək. Biz də planlaşdırıb yaxın müddətdə köçəcəyik. Bir gözümdə protez var və görmür, digəri isə 30 faiz görür. Biz demək olar ki, həyata tutunub yaşayırıq, yaşayacağıq da". (yenisabah)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın
-
Azərbaycan ABŞ-nin regionda daha fəal iştirakını gözləyir - Prezidentin köməkçisi
-
Nicat Azadlı ilə bağlı yayılan videoya özü cavab verdi: “Şantaja məruz qalmışam”
-
Deputat idi, indi "Qocalar evi"ndə qalır - (Video)
-
Azərbaycanda sulu qar yağdı - Faktiki hava
-
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
-
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - (Video)
-
Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
-
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın
-
Azərbaycan ABŞ-nin regionda daha fəal iştirakını gözləyir - Prezidentin köməkçisi
-
Nicat Azadlı ilə bağlı yayılan videoya özü cavab verdi: “Şantaja məruz qalmışam”
-
Prezident İlham Əliyev: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
-
Deputat idi, indi "Qocalar evi"ndə qalır - (Video)
-
Prezident İlham Əliyev: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
-
Prezident İlham Əliyev: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir
-
Azərbaycanda sulu qar yağdı - Faktiki hava
-
“Abi” ləqəbli Elmin Mehdiyev məşhur türk aparıcının qonağı oldu - (Video)
-
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
-
Türkiyədə mədən qəzasında ölənlərin sayı 5-ə çatdı
-
Ukraynada həlak olan azərbaycanlı dəfn edildi
-
Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərdi
-
Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır - Hikmət Hacıyev
-
Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin üçüncü günü başlayıb
-
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)
-
Andlı-qanlı qardaşlar və çağırılmamış qonaq: husilər Körfəzi barışdırdı, İsraili süfrəyə gətirdi
-
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - (Foto)
-
Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"
-
Bakıda CAMCA Regional Forumunun ikinci günü keçirilir - (Foto)
-
Vəfa Şərifova görünüşünü dəyişdirdi - (Video)





