Xəstəliklərdən qorunma və erkən diaqnoz məqsədi ilə edilən analizlər toplusuna "chek-up" (çekap) deyilir. "Çhek-up" vasitəsi ilə hər il dünyada xərçəngin erkən diaqnozu qoyularaq daha tez və effektiv müalicə edilməsinə nail olmaq olur. Döş xərçəngindən vərəmə qədər bütün xəstəliklərdən "chek-up" vasitəsi ilə yaxa qurtarmaq mümkündür.
"Chek-up" nədir?
"Chek-up" ÜST-ün hazırladığı diaqnostika proqramıdır. İki formada həyata keçirilir - ümumi və fərdi. "Chek-up" əsasən, kardioloji, uroloji, şəkərli diabet, qastroenteroloji, hamilə qadınlar üçün, uşaqlar üçün və ginekoloji olur.
"Chek-up" proqramına həm analizlər, həm USM müayinələri daxildir. Eyni zamanda bu müayinə növünə konsultasiyalar da daxil edilir. Terapevt, ginekoloq, uroloq, nevroloq, kardioloq, oftalmoloq, mammoloq məsləhəti da buna daxildir. O ki qaldı klinik-laborator müayinələrə, qeyd edək ki, "chek-up" daxilində konkret olaraq analiz və müayinələrin sayı müəyyənləşdirilməyib. Bu, pasiyentin öz istəyi ilə bağlıdır.
Özəl tibb müəssisələrində "chek-up" bahadır?
Özəl Diaqnostika Mərkəzlərinin birindən aldığımız məlumata görə, qanın ümumi analizi, nəcisin və sidiyin analizi, exo-kardioqramma, USM, rentgen və terapevtin məsləhətləri minimum "chek-up" paketində mütləq olmalıdır. Bütün bu müayinələr üçün isə 100 manat tələb olunur. Əgər pasiyent başının xüsusi rentgenini tələb edirsə, bu "chek-up" müayinə paketinə görə ödənilən məbləğdən əlavə xərc tələb edəcək. Başın rengeninə görə siz 26 manat ödəməli olacaqsınız. Ümumilikdə normal bir "chek-up" müayinəsi üçün minimum 100, maksimum 250 manat tələb olunur.
"Chek-up"ın fərdi olması pasiyentə sərfəlidir?
Nəsrəddin Tusi adına Klinikanın baş həkim müavini Nigar Rzayeva deyir ki, klinikada hər bir pasiyent üçün individual "chek-up" təyin edilir: "Analizlərin sayı xəstənin yaşından, cinsindən və şikayətlərindən asılıdır. "Chek-up" müayinəsi üçün konkret ödəniş deyə bilmirik, bu, 50 manat da ola bilər, 500 manat da. Qeyd etdiyim kimi hər pasiyentə görə "chek-up" fərqli olur".
Qeyd edək ki, dünyada "chek-up" üçün ödənilən orta qiymət 250 dollar civarındadır. Bu analizlərin sayından asılı olaraq nisbətən az və ya çox ola bilər.
"Chek-up" etdirən yalnız xarici şirkətdə işləmək istəyənlərdir
Respublika Klinik Xəstəxanasının həkimi Samirə Allahverdiyeva isə deyir ki, Rusiyada "chek-up"ın qiyməti bizim pulla 900 manatdır, çünki bu, ümumi "chek-up" proqramıdır: "Bizim diaqnostika mərkəzlərində "chek-up" təhlil və test sayına və cinsə görə dəyişir. Bu cür "chek-up"ların orta qiyməti 250 dollardır. "Chek-up" daha çox məcburi edilir, çünki ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər "chek-up" olmayan işçi ilə işləmək istəmirlər. Bu səbəbdən də Azərbaycanda barmaqla sayılacaq qədər az "chek-up" müayinəsi aparılır. Amma qeyd edim ki, bu şirkətlər maksimum "chek-up" müayinəsinə ehtiyac duymurlar, onları maraqlandıran əsas bir neçə xəstəliyin müayinəsini tələb edilər. Bu şirkəti yoluxucu və təhlükəli xəstəliyi olan işçilərdən qorumaq üçündür".
Pasiyent: ""Chek-up" həyatımı qurtardı"
Ölkəmizdə "chek-up" müayinədən keçən çox az adam olduğundan özəl klinikaların birindən pasiyentləri ilə əlaqə yaratmağa kömək etmələrini xahiş etdik. Pasiyentin də razılığını aldıq və Xatirə Süleymanova bizə öz əhvalatını danışdı: "Ailənin yeganə qızı olmuşam, anam və atam necə deyərlər, "gözlərinin yağını" da mənə yediriblər. Səhərdən axşama kimi mətbəximizdə yağlı, şirin, ləziz nə varsa, hamısının dadına baxırdım, heç vaxt kökəlməyimdən narahatlıq keçirmirdim. Ailə qurandan sonra həyat yoldaşımla bir idman klubuna üzv olduq və davamlı idmanla məşğul olduq.
Bir gün klubumuzun keçirdiyi bir yarışa qatılmaq üçün müraciət etdik, bizdən sağlamlığımız və yarışa yararlı olmağımız barədə "chek-up" tələb edildi və biz də "chek-up" müayinəsinə getdik. Qanımdakı xolestrol və şəkər təbii ki, normal deyildi, bu uzun illərdir yanlış qidalanmağımın nəticəsi idi. Amma "chek-up" mənim ürəyimdə problem olduğunu göstərdi, halbuki heç vaxt ürəyimdən şikayətim olmayıb. Kardioloqla görüşdük və bildirdi ki, bu, gizli gedən və insanı narahat etməyən təhlükəli bir problemdir. Ürək divarında qalınlaşma və piy əzələsi yaranırmış. Əgər "chek-up" etdirməsəydim, qəfil bir ürək tutması keçirmə ehtimalım yüksək idi".
Nilufər
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Chek-up"dan keçmisinizmi?
2 İyul 2012 02:00
0 Şərh
Baxış: 7 551

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yamalın dəyəri fantastik həddə
-
Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq... - FOTO
-
Gecənin "bomba" xəbəri: Osimhen uğrunda mübarizə qızışdı
-
İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO
-
Günün qoroskopu:
-
Azərbaycanda Qurban bayramı qeyd olunur
-
Kimlər qurban kəsə bilər? - VİDEO
-
Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
-
Əməkdar artisti vəfat etdi - FOTO
-
Bu şəxslər yenidən həbs oluna bilər
-
Közərmə lampalarını satanları hansı cərimə gözləyir? - VİDEO
-
Dünya çempionatında daha bir komanda - tarixdə ilk dəfə
-
Qurban ətindən kabab etmək olarmı? - Çoxlarını maraqlandıran cavab
-
Xankəndidə “parad”da iştirak edənlərin adlarını açıqladı - məhkəmə
-
Leyla Axundzadə: "Müşfiq güllələnməyib, Mərəzədə ölüb" - FOTO
-
Təcridxanada məhbusun ciyəri qanadı, vəfat etdi
-
Türkiyədə çoxmərtəbəli bina yanır - 23 nəfər xəstəxanaya yerləşdirildi
-
Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
-
Aprel döyüşlərində aldığı tapşırıqları açıqladı - Məhkəmə
-
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - yenilənib
-
"Uzak şehir"in aktrisası məşhur aktyorla sevgildir - FOTO
-
Bu dəfə maksimum balı onlar topladı - Siyahı
-
"Kişi ciddi, qadın boşboğaz olmalıdır"
-
Azərbaycanın enerji üfüqləri: inamlı genişlənmə və maraqların balansı