Şou-biznes

Şəbnəm Rusiyadan deportasiya edilib? - VİDEO

4 Sentyabr 2025 00:32
Baxış: 396
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Şəbnəm Tovuzlunun Rusiyadan deportasiya edildiyi iddia olunub.

Milli.Az xəbər verir ki, bununla bağlı şayiələrə Şəbnəm özü cavab verib.

O, video paylaşaraq xəbərlərin yalan olduğunu söyləyib:

"Şayiələr yayırlar ki, "Şəbnəm xanım deportasiya edilib". Allah etməsin. Heç vaxt elə bir şey olmasın. Hazırda da Qazaxıstandayıq, Aktau şəhərindəyik. Hava limanında hər kəsi saxlayırlar, tək mənim başıma gəlmir. İki-üç saat saxlayırlar.

Pasportumu yeniləmişdim, demək olar, yer qalmamışdı. Bu da onların diqqətini çəkmişdi. Sabah da Rusiyada toydayıq. Demək olar ki, toylarımız oradadır. Bir də belə bir şey olmasın".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.