Hadisə

Biləsuvarda üç maşın toqquşdu - Ölən və xəsarət alanlar var - FOTO

3 Sentyabr 2025 22:52
Baxış: 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik və bir yük maşını toqquşub.

İlkin məlumata görə, qəzada bir nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə rayon xəstəxanasına çatdırılıb.

Onlar Cəlilabad rayonunun Uzuntəpə kəndinin sakinləri 2002-ci il təvəllüdlü Həmidov Əlvan Şəfi oğlu, 2002-ci təvəllüdlü Xanverdiyev Elmin Şaban oğlu və 2000-ci il təvəllüdlü Cəfərov Nəsib Bahadur oğludur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.