Şou-biznes

“Deyir ki, ruhun mənə bağlıdır” - Bıçaqla Hüseynin evinə hücum etdi - VİDEO - FOTO

3 Sentyabr 2025 23:47
Baxış: 429
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bloger Hüseyn Həsənovun başına qəribə hadisə gəlib.

Milli.Az xəbər verir ki, bu barədə Hüseyn özü məlumat yayıb. O, bildirib ki, tanımadığı bir qadın tərəfindən narahat edilir.

Sözügedən şəxs Hüseynin ruhunun ona bağlı olduğunu söyləyir. Video paylaşan Həsənov həmin qadının evinə qədər gələrək onu narahat etdiyini, sonda polis çağırmaq məcburiyyətində qaldığını bildirib:

"O, deyir ki, sən özünə sevgili tapa bilmirsən, çünki ruhun hələ də mənə bağlıdır. Məndən tələb edir ki, başqa birini tapım və əgər bunu etməsəm, məni öldürməklə hədələyir. Təkrar edirəm, onun kim olduğunu bilmirəm və bu uşaqların bütün bunlara şahid olması məni çox qorxudur. Əgər bunu onun qohumlarından kimsə oxuyursa və onun olduğunu başa düşmüsünüzsə, zəhmət olmasa onu klinikaya aparın - onun köməyə ehtiyacı var. Və bu, hər gün belə davam edir... Burada o, hansısa cəfəngiyyatı yazır və deyir ki, mən sənə bıçaqla gələcəm. Bütün dostlarıma yazır. Deyir,  ki, "Qoy Hüseyn məndən əl çəksin, o, mənim ruhumdadır". Mən heç nə başa düşmürəm".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.