Hazırda milli komandanın düşərgəsində olan futbolçulardan Yunus Akgün məşq zamanı Kerem Aktürkoğlu ilə çəkilən şəklindən ən yaxın dostunu silib.
Milli.Az xəbər verir ki, futbolçu şəxsi sosial şəbəkə hesablarından Kerem Aktürkoğlu ilə olan şəkillərini də silərək ən yaxın dostunu izləmədən çıxarıb.
Buna səbəb isə Kerem Aktürkoğlunun "Fənərbağça" klubuna keçməsi və "Türkiyənin ən şərəfli klubuna gəldiyim üçün xoşbəxtəm", - deyə ifadə işlətməsi olub.
Qeyd edək ki, Kerem Aktürkoğlu "Benfika"dan "Fənərbağça"ya transfer olunub. (oxu.az)
Milli.Az