Əgər qaytarmalar həyəcana səbəb olmursa, bundan fərqli olaraq, qusma həmişə valideynləri təşvişə salır. Qusma və qaytarmanın hansısa xəstəliyin ilkin əlamətləri olduğunu düşünüb narahatlıq keçirirlər. Qusma və qaytarma əsasən körpənin yedirilməsindən sonra olur. Körpələr əmizdirildikdən, ya da körpə qidaları ilə yedirildikdən sonra qusma və qaytarma halları baş verir.
Qusmadan əvvəl uşaqda solğunluq, narahatlıq, taxikardiya ola bilər
Həkim-pediatr Nigar Cəfərovanın sözlərinə görə, qusma aktı mədə, diafraqma və qarın presi əzələlərinin yığılması hesabına həyata keçirilir. Qusmadan əvvəl uşaqda solğunluq, narahatlıq, taxikardiya ola bilər. Qusmanın sonunda uşaq sanki boğulmanı bildirən özünəməxsus zəif səs çıxarır, sonra ağlayır. Qaytarma zamanı isə uşağın vəziyyəti pozulmur, adətən çürüməmiş mədə möhtəviyyatı mədə əzələlərinin yığılması nəticəsində qəfildən, daha az enerji ilə geri atılır. Qaytarmada diafraqma və qarın presi əzələləri iştirak etmir, uşaq qidalanmadan bir qədər sonra südü ağzından axıdır:
"Yenidoğulmuş uşaqların qaytarmalara meylli olması mədə-bağırsaq traktının anatomo və fizioloji xüsusiyyətləri ilə əlaqədardır. Qusma və qaytarmalar funksional və orqanik mənşəli ola bilər. Funksional mənşəli qusma zamanı həzm traktının keçirmə qabiliyyəti pozulmur. Yeni doğulmuş uşaqlarda qusma və qaytarmalar çox vaxt funksional dəyişikliklər nəticəsində olur. Funksional qusmalar çox yedirtmə, meningit, B1 vitamininin çatışmazlığı nəticəsində baş verir. Orqanik qusmaların səbəbləri yemək borusunun, mədənin və bağırsaqların inkişaf qüsurları zamanı müxtəlif növ kəskin çatışmazlıqlardır. Çox yedirtmə bilavasitə qidalanmadan sonra qaytarmaya səbəb olur. Uşağı əmizdirmədən əvvəl və sonra çəkdikdə onun normadan artıq süd əmməsi aşkar edilir".
Qidalanmadan sonra uşaqda narahatlıq olur, epiqastral nahiyədə qabarma, hava ilə gəyirmə baş verir
Pediatr deyir ki, qusma və qaytarmaya aerofaqiya da (yeyərkən hava udmaq) səbəb olur. Aerofaqiya çox vaxt doğularkən kütləsi az olan və ya çox böyük kütlə ilə doğulanlarda rast gəlinir. Qidalanmadan sonra uşaqlar adətən narahat olurlar, epiqastral nahiyədə qabarma, hava ilə gəyirmə baş verir. Aerofaqiya zamanı əmizdirdikdən sonra uşağın yarım saatlığa vertikal vəziyyətdə tutulması udulmuş havanın ağızdan çıxmasına və qaytarmaların kəsilməsinə səbəb olur:
"Yeni doğulmuş uşaqda daxilə qəbul edilmiş dərmanlar, yeni qida növünə keçid, süni qidalanma zamanı keyfiyyətsiz qarışıq verilməsi, inək südündə hazırlanmış qarışıqlara allergik reaksiya nəticəsində əmələ gələ bilər. Bütün hallarda həkim tərəfindən aparılan müayinə zamanı səbəb faktoru tapılır və onun aradan qaldırılması qusma, qaytarmanın kəsilməsinə kömək edir. Qastrit zamanı qusma və qaytarma qidalanmadan bir qədər sonra və südlə olur, bir qayda olaraq öd qarışığı olmur".
Mədənin boşalması çətinləşir və nəticədə qusma, qaytarma halları müşahidə olunur
N.Cəfərovanın dediyinə görə, mədə çıxacağı əzələlərinin spazmı (pilorospazm) nəticəsində mədənin boşalması çətinləşir. Nəticədə qusma və qaytarma halları müşahidə olunur:
"Əsasən, doğuş travması ilə doğulan uşaqlarda müşahidə olunur. Tonusun pozulması ilə qida mədədən onikibarmaq bağırsağa evakuasiyası çətinləşir sonra qusma ilə geri qayıdır. Qusma və qaytarmalar doğuşdan sonrakı ilk günlərdə başlayır, onların tezliyi, həcmi daimi olmur. Mədə çıxacağı əzələlərinin spazmı olan uşaqları qidalandırdıqdan sonra yan üstə yatırmaq lazımdır ki, qusma baş verdikdə körpə boğulmasın. Uşağı tez-tez az miqdarda yedizdirmək məsləhətdir. Əgər qusma uzun müddət davam edərsə, uşağı həkimə aparmaq lazımdır".
Həkim bildirib ki, yemək borusunun anadangəlmə defektləri ilə əlaqədar orqanik qusmalar baş verir: "Mədə çıxacağı əzələlərinin anomaliyasına əsasən, oğlan uşaqları arasında rast gəlinir. Xəstəliyin əlamətləri 2-3 həftədə bir qaytarmalarla başlayıb, sonra sutkada 1-3 dəfəyə keçir. Qusuntuda öd olmur, duru, turş iyi verir. Bəzən qusuntuda qan görünür. Xəstədə bir müddətdən sonra taxikardiya, təngənəfəslik kimi hallar müşahidə olunur".
Qusma tam keçməyənədək uşağa bərk, qatı, qarışıq qidalar vermək olmaz
Həkim vurğulayıb ki, uşaqda qusma, qaytarma halı baş verəndə ana özünü itirməməli və uşağa ev şəraitində ilkin tibbi yardım göstərməlidir: "Qusma anında uşağı yanı üstə, ya da üzüstə mövqedə tutmaq lazımdır.
Uşaq qusduqdan sonra ağzının içi mütləq ilıq su ilə xarici cisimlərdən təmizlənməlidir. Qusma tam keçməyənədək uşağa bərk, qatı, qarışıq qidalar vermək olmaz. Bu, uşağın vəziyyətinin pisləşməsinə və qusmanın yenidən təkrarlanmasına səbəb ola bilər. Əgər uşaq şiddətli və gündə 3 dəfədən çox qusursa, qusmaqda qan və ya yaşıl rəngli öd görülürsə, bu zaman mütləq həkimə müraciət edilməlidir. Analara məsləhət görərdim ki, uşağa yemək verərkən, ya da yedirdikdən sonra onu mümkün qədər dik tutsunlar. Kürək nahiyyəsini ovuçun içi ilə yavaş-yavaş masaj etmək də olar. Uşağı çox yedirtməmək və yedirtdikdən sonra silkələmək, atıb-tutmaq məsləhət deyil".
Qusma və qaytarmalar orqanik mənşəli olduqda cərrahi mualicə aparılır
N.Cəfərova qeyd edib ki, funksional qusma və qaytarmalar zamanı uşağın mədəsi yuyulur, qidası 40-50 ml-ə qədər azaldılır, yataqda başı hündür vəziyyətdə qoyulur, həm də qidalanmadan sonra 30 dəqiqə uşaq vertikal vəziyyətdə saxlanılır. Bununla yanaşı, növbəti qidalanmaya qədər uşaq qarnı üstə qoyulmalıdır:
"Dərman müalicəsi kimi əsasən aminazin, serukal, vitamin B1, B6 vitaminləri təyin olunur. Süni qidalanma ilə qidalanan uşaqlara isə bifidum-bakterin təyin edilir. Fizioterapevtik müalicə üsullarından da istifadə olunur. Mədə nahiyəsinə parafin və ozokeritlə aplikasiya, novokainlə elektroforez aparılır. Qusma və qaytarmalar orqanik mənşəli olduqda cərrahi mualicə aparılır. Əgər qüsur vaxtında aşkar olunubsa, onun aradan qaldırılması üçün həkim tərəfindən müvafiq müalicə kursu təyin edilibsə və uşağın vəziyyəti kafidirsə, əməliyyata ehtiyac qalmır".
Zəhra
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Valideynləri təşvişə salan simptomlar...
5 İyul 2012 01:00
10 Şərh
Baxış: 63 754

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda ən çox qazanan müğənnilər - SİYAHI
-
İran İsrail zərbələri fonunda neft ixracını artırır
-
Ürək-damar xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlandı
-
Stress yuxunu və yaddaşı necə pozur?
-
Alimlər əvvəllər məlum olmayan gen tapdı
-
Alimlər yırtıcıların ölümcül virusları yarasalardan insanlara necə ötürdüyünü aşkar etdi
-
Kimlərə şokolad olar, kimlərə isə olmaz?
-
Sonsuzluğa səbəb nədir?
-
“Liverpul”un 150 milyon avroluq transferi
-
“Bütün Ukrayna bizimdir” - Putin
-
İsraildən şok XƏBƏRDARLIQ: “Kameraları söndürün, İran izləyir”
-
Günün qoroskopu: Dəqiqlik vacibdir
-
İran və ABŞ arasında hansı danışıqlar baş verib?
-
Ərdoğan Paşinyanla nə danışıb? - yenilənib
-
İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə
-
Eskalatorlar niyə işləmir? - QURUMDAN AÇIQLAMA
-
Ermənistan hava məkanını Rusiyaya bağlaya bilər
-
İranda güclü zəlzələ oldu
-
Rusiya bazası Ermənistandan çıxarılır? - Zaxarovadan AÇIQLAMA
-
Abşeronda axund Quran kursuna gələn 16 yaşlı qızı qaçırdı
-
İrana qarşı hərbi qərar iki həftə ərzində verilə bilər
-
"Anam niyə ailəmə müdaxilə etməsin?"
-
Paşinyan Türkiyədə məscidə getdi - VİDEO
-
"Qarabağ" daha bir braziliyalını transfer etdi