Cəmiyyət

“Qurbanla futboldan başqa hər şeydən danışdıq” – Əməkdar artist

1 Sentyabr 2024 21:40
Baxış: 3 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünən gecə saatlarına kimi fikirləşirdim ki, "Qarabağ"ımız Avropa futbolunun "Tottenhem", "Ayaks" və digərləri kimi nəhəngləri ilə necə oynayacaq? Ancaq xəyallar gerçəkləşir və düşüncələrim obyektə fiziki bədənimdən əvvəl çatdı".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yazıb. 

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovla fotosunu izləyiciləri ilə bölüşən Bəhram təsadüfən onunla kafedə rastlaşdığını bildirib:

"Kafedə oturub çay içirəm, bir də görürəm ki, Qurban Qurbanov məkana kofe içmək üçün gəlir. Məşqdən əvvəl biri-birimizə müsbət enerji yüklədik, xəbər mübadiləsi etdik, futboldan başqa hər şey haqda danışdıq. Ümid edirəm ki, biri-birimizi yaxşı dəstəklədik. Ona yeni oyunlarında uğurlar arzuladım.

Qurban Qurbanova polad xasiyyətinə görə təkcə futbol deyil, gəncləri motivasiya etdiyi üçün təşəkkür edirəm! Elə xarizmatik şəxsiyyətdir ki, ondan hər şeyi öyrənmək istəyirsən - necə davranmağı, danışmağı, öz həyat yolunu qurmağı, necə belə stilli, özünəinamlı və güvənən insan olmağı. Bilirəm ki, onun minlərlə azarkeş ordusu, o cümlədən mən də ondan çox şey öyrənirik. Ona dedim ki, həmyaşıd olsaq da, tez özümdən çıxmaq xasiyyətim mənə qalib gələndə, Qurbanın böyük səbrini həmişə xatırlayıram, coşqunluğumu azaldıram. Hər şeyə görə sağ ol Qurban".

Qeyd edək ki, Qurban Qurbanovun komandası mərhələyə sentyabrın 26-da "Tottenhem"lə Londondakı oyunla start verəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.