Cəmiyyət

Günün yuxuyozması

21 İyun 2012 06:00
2 Şərh     Baxış: 16 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

Dərviş - Xoş, gözlənilməz hadisəyə işarədir.

İşsizlik - Yuxuda işsizlikdən əziyyət çəkmək işlərdə uğursuzluğa, arzuların həyata keçməməsinə işarədir. Dostlarınızı yuxuda bekar, işsiz görmək tezliklə onlar haqqında pis, xoşagəlməz xəbər eşidəcəyinizə işarədir. Əgər qadın yuxuda tənbəl, bekar həyat tərzi sürürsə, bu onun real həyatda mənasız, pis vərdişlərə düçar olacağına işarədir və onu uğursuz evlilik gözləyir.

Torpaq - Yuxuda yaxşı, məhsuldar torpaq görmək yaxşı məhsul və firavan həyata işarədir. Boş torpaq görmək uzunmüddətli quraqlıq üzündən gələcəkdə bəşəriyyəti dəhşətli aclıq gözləyir. Bütün Yer üzünü çatlamış görmək yüzlərlə insan həyatına son qoyacaq zəlzələdən xəbər verir.

Məktub - Yuxuda sifariş məktubu almaq ortaya çıxan pul probleminin köhnə əlaqələri pozacağına işarədir. Gənc qadın yuxuda sifariş məktubu alıbsa, ona maddi gəliri çox olan iş təklif olunacaq, lakin bu iş nə mənəvi, nə də qanuni cəhətdən məqsədəuyğun olmayacaq; insanlar onu mühakimə edə bilərlər. Yuxuda anonim məktub görmək o deməkdir ki, tanımadığınız adam tərəfindən təhqir olunacaqsınız. Belə məktub yazmaq özünüzdən daha layiqli saydığınız rəqibinizi qısqandığınıza işarədir. Xoşagəlməz xəbərlər olan məktub - çətinliklər və xəstəliklərə işarədir. Məktubda xoş xəbərlər yazılıbsa, həyatınızda müsbət istiqamətdə dəyişikliklər olacaq. Məktubda şəfqətli sözlər yazılıbsa, lakin yaşıl və ya rəngli kağızın üzərində yazılıbsa, sevgidə etinasızlıq və biznesdə uğursuzluğa düçar olacaqsınız, sizi məyusluq gözləyir. Tünd-göy rəngdə mürəkkəb parlaq uğur və əbədi sevgiyə işarədir. Məktubda qırmızı rəng şübhələr və qısqanclığa görə ayrılığa işarədir. Lakin ağılla hərəkət etməyiniz sizi barışdıra bilər. Gənc qadın yuxuda sevgilisindən aldığı məktubu gizlədibsə, bu rəqibinə görə keçirəcəyi həyəcanlara işarədir. Yuxuda aldığınız məktubu oxuya bilməmisinizsə, işlərinizdə nəsə itirəcəksiniz. Əgər məktubunuz ələ keçibsə, sizi sevməyən xain adamlar sizə şər atmağa çalışacaqlar. Yuxuda yoldaşınız və ya sevgilinizə gələn məktubu oğurlamaq istəmisinizsə, həyatda nalayiq maraqlarınız yaranacaq. Yuxuda qara kağızın üzərində ağ mürəkkəblə yazılmış məktub görmək ümidsizliyə qapılacağınıza, lakin dostlarınızın sizə kömək edəcəyinə işarədir. Ər və arvad yuxuda bir-birlərinə məktub göndərirlərsə, bu, sevgidə ayrılıq və evlilikdə boşanmaya işarədir. Yuxuda məktub yazırsınızsa, şübhələndiyiniz kimisə tələsik ittiham edərək, tezliklə bundan peşman olacaqsınız. Cırılmış məktub o deməkdir ki, bağışlanılmaz səhvlər adınıza, etibarınıza xələl gətirə bilər.

Kəl - Əgər qadın yuxuda kəl öldürürsə, bu o deməkdir ki, ona xoşbəxtlik gətirəcək maddi şeylərdən imtina edərək çox vacib bir işi boynuna götürəcək və kişilərin tərifini qazanacaq. Bundan əlavə, yuxuda kəl görmək güclü, lakin axmaq düşmənlərin meydana çıxacağından xəbər verir. Onlar sizə qarşı açıq şəkildə mübarizə aparacaqlar, lakin sizin taktiki və diplomatik hərəkətləriniz onlar üzərində qələbə çalmağa imkan verəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.