Cəmiyyət

«İrəli» «Media Akademiyası» yaradır - FOTO

25 May 2010 12:01
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalına birlikdən verilən məlumata görə, qurum "Media Akademiyası"nın yaradıldığını elan edib. Akademiya alternativ jurnalistika - peşə kursu formatında fəaliyyət göstərəcək. Onun tərkibində fəaliyyət göstərən "Radio"da, "İrəli Prodakşn"da  gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında təcrübə keçmək, jurnalistikanın bütün sirrlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər.

Layihə gələcəyini mediada görən, karyerasını KİV-də qurmaq istəyən, jurnalistikaya meyl edib bunu keçici bir həvəs hesab etməyən, nəhəng media strukturunda "mən də varam" iddiasıyla professional jurnalist olmağa qərar verən gənclərin layihəsidir. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca, professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır.

Kursa yaşı 25-dən artıq olmayan müxtəlif peşə sahibləri, jurnalistika fakültəsi tələbələri və professional jurnalistika ilə məşğul olmaq istəyən digər fakültə tələbələri qoşula bilərlər. Ona qoşulmaq üçün 1 ədəd fotoşəkilli CV və nədən jurnalist olmaq istədiyinizdən bəhs edən qısa esseni [email protected] ünvanına yollamaq lazımdır. Ərizələrin qəbulu üçün son tarix: 01.06.2010. Proqram müddəti: 01.06.2010-01.12.2010.

Layihənin partnyorları "1News" informasiya agentliyi, Day.Az informasiya agentliyi, APA informasiya agentliyi, "Trend" informasiya agentliyi, "News.az" informasiya agentliyidir.

Milli.Az

--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.