Cəmiyyət

Şəkidə silahlı vəhabilər tutuldu

24 May 2010 15:33
Baxış: 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəkidə silahlı dini qruplaşmanın üzvləri tutulub. Şəhər Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, mayın 22-də polis əməkdaşları tərəfindən şəhər sakinləri Qalib Vahabov, Vasif Əliyev, Elşən Çələbiyev və Aydın Mülayimov saxlanılıb.

Araşdırmalar nəticəsində həmin şəxslərin vəhabi dini təriqətini təbliğ etmələri müəyyən edilib. Onların yaşadıqları evə baxış zamanı 1000-ə yaxın dini kitablar, audio-video disklər və kassetlər,  1 ədəd "Vinçester" tüfəngi, 217 ədəd güllə, 3 ədəd qılınc, 2 ədəd ov bıçağı, 1 ədəd optik cihaz və 1 ədəd durbin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.