Cəmiyyət

Kulinarlarımız Yunanıstandan 10 medalla qayıtdı

23 May 2010 12:01
Baxış: 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
T.Əmiraslanov bildirib ki, mətbuat konfransının məqsədi mayın 9-dan 18-dək Yunanıstanda baş tutmuş Beynəlxalq kulinariya çempionatı haqqında məlumat vermək və bəzi planları açıqlamaqdır.

Bildirilib ki, Azərbaycan, Rusiya, Ukrayna və Yunanıstan kulinarlarının iştirak etdikləri çempionatda ölkəmiz 4 aşpazla təmsil olunub.
Milli komandamız 10 sinif yarışlarında 1 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıb. Kulinarlarımız komanda yarışlarında isə 1 qran-pri, 1 gümüş medal və kubok qazanıblar.

T.Əmiraslanov bildirib ki, Azərbaycan teleməkanında "Ell Prodakşn"la birgə AMKA-nın Respublika Müəllif Hüquqları Agentliyi tərəfindən müəlliflik hüququ qazanan, Dünya Kulinariya Təşkilatları Birliyinin rəsmi lisenziyasını alan "2010-cu ilin qızıl aşpazı" peşəkar-şousuna başlamaq fikrindədir. Şouya peşəkar aşpazlar dəvət olunacaqlar. Qaliblər dəyərli hədiyyələr və Azərbaycanı növbəti dünya çempionatında təmsil etmək hüququ qazanacaqlar.

Assosiasiyanın prezidenti Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Tovuzda qərb regionunun mütəxəssiləri üçün bir həftəlik ixtisasartırma kursları keçirəcəyini bildirib.

/AzərTAc/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.