Cəmiyyət

Bakıda 12 yaşlı qızı paltar almaq adı ilə qaçırıb evləndilər: DƏHŞƏTLİ FAKTLAR - VİDEO

16 Aprel 2024 11:36
Baxış: 2 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 12 yaşı olarkən Ülkər adlı qız ərə verilib. Onun 13 yaşında övladı dünyaya gəlib.

Milli.Az bildirir ki, bu barədə o, Baku.ws-ə danışıb. Hazırda 25 yaşı olan Ülkərin iddiasına görə, 4 ildir övladını ona göstərmirlər.

"12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbin şagirdi idim. Məni istəmişdilər, "hə" məclisi olmuşdu. Lakin anam yaşımın tamam olmasını istəmişdi. Amma Oqtay Ələkbər oğlu Hüseynov dörd aydan sonra məni qaçırdı. O, Biləsuvarda yaşayırdı, Türkanda işləyən vaxt məni görmüşdü.

Mənim oxuyub həkim olmaq kimi arzularım var idi. Amma hamısı ürəyimdə qaldı.

Məni paltar almaq adı ilə aldadıb qaçırdı. Biləsuvara gətirəndə anası və atası ona dedi ki, haradan götürmüsənsə, apar qaytar yerinə. Oğlan cavab verdi ki, daha gətirmişəm və aparmayacağam. Sonra oğlan toyu oldu. Toydan 4-5 ay sonra hamilə oldum. Sonra övladım 8 aylığında doğuldu. Xəstəxanada mənim neçə yaşımın olmasını gizlətdilər. Məni qayınatam da, qayınanam da döyüblər", - deyə 12 yaşında qaçırılan Ülkər bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.