Cəmiyyət

"İST Petrol"da benzinə su qarışması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO

11 Aprel 2024 18:09
Baxış: 5 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SOCAR PETROLEUM" QSC 11.04.2024-cü il tarixində "İST Petrol" MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürmüşdür.
 
"SOCAR PETROLEUM" QSC üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan yaranmış texniki problem ("SOCAR PETROLEUM" QSC yə məxsus Neft terminalı bazasında_çənə su sızması) nəticəsində sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki,11.04.2024-cü il tarixdə "İST Petrol" MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzinda yanacaq dolduran sürücülərin problemləri qeydə alınmış və onlarıın qısa müddət ərzində aradan qaldırılacağı bildirilmişdir.

-------

11:42

Bakıda sürücülər yanacaq doldurma məntəqəsində qəribə mənzərə ilə rastlaşıblar.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobillərə benzin yerinə su vurulduğu iddia olunub.

Məntəqəyə üz tutan sürücülər rastlaşdıqları halı çəkərək narazılıqlarını bildiriblər.

Ətraflı video materialda:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.