Cəmiyyət

Sübhi Kəngərli vəfat etdi - FOTO

19 Mart 2024 16:17
Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qocaman təhsil işçisi vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu gün Naxçıvan Dövlət Universitetinin müəllimi Sübhi Kəngərli 87 yaşında dünyasını dəyişib.

Sübhi Kəngərli 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində elmi işçi kimi fəaliyyətə başlamış və muzeyin ilk yaradıcılarından biri olub. 1975-1980-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun "Etika və estetika" üzrə qiyabi aspiranturasını bitirib.

30 il Ədəbiyyat Muzeyinə rəhbərlik edib. 1973-cü ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə bașlayıb. 2012-ci ildən Arxiv işi və Muzeyşünaslıq kafedrasında müəllim kimi fəaliyyət göstərib, Bəhruz Kəngərli muzeyində müdir vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.