Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhiyyə Nazirliyi: “Təbii fəlakətdən 14 kənddə 20 minə yaxın insan zərər çəkib”
21 May 2010 18:07
Baxış: 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı nazirliyin internet saytına istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən insanların sağlamlığına vurulan ziyanı minimuma endirmək məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyevin tapşırığına əsasən təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb. Plana əsasən, yerlərdə tələb olunan tibb mütəxəssisləri təbii fəlakətlə üzləşən bütün zonalara cəlb olunub, təcili və təxirəsalınmaz yardım maşınlarının və həkimlərin növbətçiliyi gücləndirilib. Bu işə eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də cəlb olunub.
Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev bildirib ki, təhlükə yarandığı ilk gündən Respublika Klinik Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun hərəsində 2 həkim briqadası yaradılaraq, öncə Sabirabad, Şirvan, Zərdab rayonlarına göndərilib: "Terapevt, mama-ginekoloq, kardioloq, nevropatoloq və pediatrlardan ibrət həkim briqadaları təşkil olunub. Hazırda Sabirabadda yaradılmış çadır şəhərciyində 1 həkim məntəqəsi, 3 səyyar briqada çalışır. Sabirabadın Boranlı kəndindəki şəhərcikdə isə 1 həkim məntəqəsi təşkil olunub. Şirvan şəhərindəki çadır şəhərciyində 2 həkim məntəqəsi, 2 səyyar briqada fəaliyyət göstərir. Hacıqabulda da 1 səyyar briqada yaradılıb. Zərdab rayonundakı çadır şəhərciyində 1 həkim məntəqəsi, 4 səyyar briqada, Saatlıda 3, Salyanda 4, İmişlidə 1, Kürdəmirdə isə 5 səyyar briqada fəaliyyət göstərir. Həkim məntəqələri və briqadalar kifayət qədər dərman preparatları, tibbi ləvazimatlar və köməkçi materiallarla, hətta ilan zəhərlənməsi əleyhinə zərdablarla da təmin edilib. Ehtiyacı olan xəstələrə qlükometrlər paylanıb".
Daşqınlar və sel nəticəsində ümumilikdə 14 kənd, 20 minə qədər insan, təxminən 4300-dən artıq ailə zərər çəkib. Onların hər biri çadır şəhərciklərində, peşə məktəblərində, orta məktəblərdə və s. məskunlaşıblar. Çadır şəhərciklərində olan insanlara lazımi tibbi yardımla yanaşı Səhiyyə Nazirliyi tərəfindən kişi, qadın, uşaq geyimləri, yataq dəstləri və s. verilib. Həkimlərə müraciətlər əsasən ürək, qan təzyiqi və şəkər problemi ilə əlaqədar xüsusən çoxluq təşkil edir.
Sel və daşqından zərər çəkənlərin məskunlaşdığı yerlərdə infeksion xəstəliklərin yaranmasının və yayılmasının qarşısını almaq məqsədi ilə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri də gün ərzində bir necə dəfə aparılır. Fövqəladə vəziyyətlə əlaqədar təcili tibbi yardım maşınları eləcə də təhlükə zonasına yaxın rayonların tibb işçiləri də səfərbər olunub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Arif Mirzəyev vəfat etdi
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
XƏBƏR LENTİ
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)