Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev bir neçə yeraltı keçidin açılışında iştirak edib - YENİLƏNİB - FOTO
20 May 2010 19:06
Baxış: 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı paytaxtın müxtəlif yerlərində yenidən qurulmuş və yeni inşa olunmuş piyada keçidlərinin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Füzuli meydanında əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş yeraltı piyada keçidi ilə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş piyada keçidində görülmüş işlər barədə məlumat verib.
Prezident İlham Əliyev keçidin əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərə baxıb.
Dörd çıxışı olan keçidin ümumi uzunluğu 175 metr, eni 6 metr, hündürlüyü isə 2,2 metrdir. Keçidin pilləkənlərində əlil arabaları üçün panduslar var. 2008-ci ilin dekabrında başlanmış əsaslı təmir və yenidənqurma işlərində 200-ə yaxın işçi çalışıb. Keçiddə havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma sistemləri, müşahidə kameraları, mobil telefon rabitəsi üçün xüsusi cihazlar quraşdırılıb. Yeraltı suların yığılaraq kanalizasiya sisteminə ötürülməsi üçün 4 nasos qurğusu var.
Bildirilib ki, keçiddə 35-ə yaxın kiçik ticarət köşkləri də var.
Dövlətimizin başçısına ətrafda aparılan abadlıq-quruculuq işləri barədə də məlumat verilib.
Azərbaycan Prezidenti İlham Əliyev Hüseyn Cavid prospektində, Azərbaycan Texniki Universitetinin binası qarşısında yeraltı piyada keçidində aparılmış yenidənqurma işləri ilə də tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək bildirib ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində bu yeraltı keçiddə təmir və yenidənqurma işlərinə ötən ilin sonlarında başlanıb.
Uzunluğu 27 metr olan keçidin divarları, döşəməsi, işıq sistemi tamamilə yeniləşdirilib. Dörd giriş-çıxışı olan keçiddə yenidənqurma işləri zamanı yerli və xarici materiallardan istifadə olunub. Yenidənqurma işləri ən müasir səviyyədə həyata keçirilmiş keçidin pilləkənlərində əlil arabaları üçün panduslar düzəldilib, müşahidə kameraları quraşdırılıb. Piyada keçidində yağış və süxur sularının axıdılması üçün drenaj xətləri inşa olunub.
Dövlətimizin başçısı yeraltı keçidi gəzib və burada görülmüş işlərdən razılığını bildirib.
Prezident İlham Əliyev həmin gün Binəqədi rayonunda, Azadlıq prospektində inşa edilmiş yerüstü piyada keçidinin açılışında iştirak edib.
Tikinti şirkətinin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Prezident İlham Əliyev nəqliyyatın hərəkətinin sıx olduğu ərazidə inşa edilmiş keçidin açılışını bildirən lenti kəsib və keçidlə yaxından tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, nazirliyin sifarişi əsasında tikinti işlərinə 2009-cu ilin iyulunda başlanıb. Tikintidə yüksəkkeyfiyyətli inşaat materiallarından və avadanlıqdan istifadə edilib. Ümumi uzunluğu 63 metr, yolun hərəkət hissəsindən hündürlüyü isə 5 metrdən çox olan keçid yükdaşıyan 16 kolonun üzərində dayanır.
Üç aşırımdan ibarət keçiddə Polşa istehsalı olan və fotosellə işləyən 4 ən müasir eskalator quraşdırılıb. Eskalatorlar piyada yaxınlaşan zaman işə düşür. Bu isə elektrik enerjisinə qənaət etməyə imkan verir. Keçidin hündürlüyü və eni 3 metrdən çoxdur. Burada 16 sərinləşdirici ventilyasiya qurğusu quraşdırılıb, 720 kvadratmetr laminat şüşədən istifadə edilmiş döşəməyə mərmər plitə düzülüb. Xüsusi qurğu vasitəsilə işıqlandırma sistemi axşam saatlarında avtomatik rejimdə işə düşür. İşıqlandırma sistemi 2 yarımstansiya ilə qidalandırılır.
Keçidin texniki göstəriciləri ilə tanış olan Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib.
/AzərTAc/
________________________________________

Foto AzərTAc

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ada Süleymanın öldüyü qəzanın təfərrüatı - Yenilənib
-
UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
-
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırıldı
-
Fürsətçi…- Yunus Oğuz yazır
-
Qatarlara daş atanlarla bağlı rəqəmlər açıqlandı - Əksəriyyəti azyaşlılardır
-
Xətai rayonunda ağac və kollar məhv edildi - 3360 manat ziyan
-
Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
-
Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
-
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
-
Sabah bu ərazilərdə külək güclənəcək
-
Fermerlərə subsidiyaların ödənilməsinə başlanıldı
-
Melis Sezenin buz meydançasındakı geyimi – Libasını tərs geyinib? - (Video)
-
Toy karvanında avtoşluq edən sürücü həbs edildi
-
82 yaşlı türk aktrisa: "Özümü gözəl hesab etmirəm"
-
Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Polkovnik-leytenant “BakuBus”da sürücü işləyir (Video)
-
Hacıqabulda faciə: Şirvan sakini kanalizasiya quyusuna düşərək öldü
-
Yardımlı İcra Hakimiyyətində saxlanılan şəxslərlə bağlı yeni qərar
-
Azərbaycanda ən yüksək pensiya bu rayonda verilir
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Yenilənib/Video)
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
-
Avtobus və metroda oturacaq davasına son? - Qaydalar bəlli oldu
-
Xalq artisti: "O rəqsdən sonra vəfat edən oğlumdan üzr istədim"