Cəmiyyət

Rüfət Hacıyevin bütün mülkləri satışa çıxarıldı – SİYAHI - FOTO

22 Yanvar 2024 15:47
Baxış: 1 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin bütün mülkləri satışa çıxarılıb.

Milli.Az "7Times.az"a istinadən xəbər verir ki, R.Haciyevin Quba rayonu ərazisində yerləşən 4 dəbdəbəli villası, həmçinin onun Bakı şəhərinin Yasamal və Xırdalan rayonları ərazisində yerləşən daha 3 yaşayış mənzili satışa çıxarılıb. Mülklərin ümumi qiymətinin 2 milyon manat civarında olduğu bildirilir.

Eyni zamanda Rüfət Haciyevin Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən daha bir dəbdəbəli villası da satışa çıxarılıb. Qeyd edək ki, həmin villanı R.Haciyev yüksək çinli bir dövlət məmuruna müvəqqəti məskunlaşmaq üçün vermişdi. Dünən həmin yüksək vəzifəli məmur mənzili boşaldaraq ailəsinə təhvil verib.

Qeyd edək ki, R.Haciyevin Quba şəhəri ərazisində mövcud olan daha bir yarımtikili iaşə obyekti də satışa çıxarılıb. Həmin obyektin qiymətinin 200 min manat civarında olduğu bildirilir.
Qeyd edək ki, sadaladığımız bütün bu mülklərə və eyni zamanda şəxsi istifadəsində olan və qiyməti 70.000 AZN olan "JEEP Grand Cherokee"markalı avtomabilinə o, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışdığı müddət ərzində sahiblənib.

Qeyd edək ki, R.Haciyev ötən həftə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilərək Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmış və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.