Cəmiyyət

Mebel sexindəki dəhşətli partlayışda həlak olan qazinin FOTOsu

22 Yanvar 2024 15:23
Baxış: 1 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğın nəticəsində ölən Adil Rüstəmov qazi imiş. Adil Aydın oğlu Rüstəmov 18 sentyabr 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Bolnisi rayonunun Saraçlı kəndindəndir. O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 

Qeyd edək ki, Rüstəmov Adil göstərilən tibbi yardımlara baxmayaraq yanvarın 20-də müalicə aldığı xəstəxanada ölüb. Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10-a çatıb.

Milli.Az news24.az-a istinadən fotonu təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.