Dadlı laqman RESEPTİ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Laqman orta Asiyaya aid bir yeməkdir. Bu yeməyi müxtəlif xalqlar özünə məxsus şəkildə və fərqli reseptlərlə hazırlayırlar. Əsasən qazaxstan, əfqan, tacik, uyğur, özbək mətbəxlərində yer alır.
Milli.Az "Sevimli kulinatiya"ya istinadən bildirir ki, yeməyin əsasında evdə hazırlanmış uzun əriştə, ət və müxtəlif tərəvəzlər durur. Laqman - "dartılmış xəmir" kimi tərcümə olunur. Bu postda sizi klassik laqman resepti ilə tanış edəcəyəm.
Laqman resepti
Lazım olan ərzaqlar:
500 q sümüsüz mal əti
3 ədəd rəngli bibər
2 ədəd kartof
1 ədəd böyük kök
1 baş soğan
2 diş sarımsaq
1 x.q. tomat pastası və ya 3 ədəd pomidor
duz
istiot
1 x.q. cirə
1 x.q. paprika
bitki yağı
keşniş
şüyüd
Əriştə xəmiri üçün:
2 stəkan un
100 ml su
1 ç.q. duz
1 yumurta

Ət nazik, uzun şəkildə doğranır və yağda bir qədər qızardılır. Sonra üzərinə nazik yarım halqa şəklində doğranmış soğan əlavə olunur və qovrulur.

Kök, bibərlər, kartof həmçinin nazik və uzun şəkildə doğranır.

Tərəvəzlər növbə ilə - kök, kartof, bibərlər əlavə olunur. Bir az qovrulur. Əzilmiş sarımsaq, tomat patası və ya pomidor və ədviyyatlar vurulur, qarışdırılır. Üzərinə 1.5 stəkan su əlavə olunub, 30 dəqiqə orta odda, qapağı bağlı şəkildə bişirilir.

Əriştə üçün xəmir yoğrulur. Bunun üçün un, yumurta, su və duz elastik xəmir alınana qədər qarışdırılır.

Xəmir 0.5 sm qalınlıqda yayılır və 1 sm enlikdə uzun hissələr kəsilir.

Bu uzun hissələr ələ bitki yağı sürtməklə iki ovuc arasında sürtülür və naxik, uzun formaya salınır. Bir böyük boşqaba yağ çəkilir və əriştələr dairəvi formada yığlır. üzəri yenə bir az yağlanır.

Qazanda su qaynadılır, duz və 2 x.q. bitki yağı əlavə olunur, daha sonra əriştə bir-br suya salınıb qaynadılır. 5-7 dəqiqə qaynadıqdan sonra suyu süzülür. Boşqaba qoyub, üzərinə hazır olan ətli tərəvəzli hissə əlavə olunur və xırda doğranmı. göyərti səpilir.

Nuş olsun!
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bazar gününün hava proqnozu açıqlandı
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür





