Cəmiyyət

Qadın pak halda deyilsə, kəbin kəsilə bilərmi?

12 Dekabr 2023 03:00
Baxış: 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İslam dinində ailənin təməlinin qoyulduğu kəbin ayini çox dəyərli sayılır. Kəbinin müəyyən şərtləri vardır ki, onlara mütləq riayət edilməlidir. Hətta bəzi şərtlərə əməl edilməməsi kəbinin batil olması və münasibətin haram sayılması ilə nəticələnə bilər. Lakin kəbinin şərtləri sırasında qadının pak olması qeyd edilməmişdir. Paklığı pozulmuş qadının bəzi əməlləri etməsi haram, bəzilərini etməsi məkruh sayılsa da, kəbinə daxil olması icazəlidir. Lakin bundan fərqli olaraq, talaq verilən zaman qadın paklıq halında olmalıdır. Əgər kişi öz qadınına heyz günlərində talaq versə, bu talaq etibarsız sayılacaq və onlar hələ də ər-arvad hökmündə qalacaqlar. Talağın düzgün olması üçün qadının pak olması və digər şərtlər vacibdir. Qeyd edək ki, qadının heyz halında kəbin kəsdirməsi icazəli sayılsa da, cinsi əlaqədə olması mütləq şəkildə haramdır və bunun üçün pak olmağı gözləməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.