Cəmiyyət

Vəqf nə deməkdir?

12 Dekabr 2023 08:00
Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ərəb dilindən tərcümədə vəqf - saxlamaq, durdurmaq mənasını verir. Dini terminologiyaya görə vəqf müəyyən məkana və ya müəssisəyə ayrılmış əmlakdır. Bu əmlak daşınmaz (torpaq, mülk) və ya daşınan (əşya) şəklində ola bilər. Vəqfdən yalnız təyinatı üzrə istifadə etmək olar. Məsələn, əgər torpaq sahəsi bir ziyarətgaha vəqf edilibsə, həmin torpağın bütün qazancı o ziyarətgaha məxsusdur. Vəqfin idarəçisi (mütəvəllisi) həmin qazancdan şəriətə uyğun şəkildə istifadə etmək yollarını müəyyən edir. O qazanc ziyarətgahın təmirinə, maddi təchizatına, xidmətçilərin dolanışığına və s. sərf edilir, artıq qalan hissə ziyarətgahın adından xeyriyyə işlərinə yönləndirilir. Çox zaman müsəlmanlar məscidlərə müəyyən əmlakı vəqf edirlər. (məsələn, xalça, Quran, canamaz və s.) Bu əşyaları məsciddən kənara çıxarmaq, özününküləşdirmək günahdır. Çünki həmin əşyalar məscidə gələn bütün müsəlmanların ümumi istifadəsi üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.