Cəmiyyət

Bakıda kişi sevgilisinə işgəncə verdi, azyaşlı qızına təcavüz etdi – Təfərrüat

25 Oktyabr 2023 22:24
Baxış: 1 041
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda qeyri-rəsmi yaşadığı qadına işgəncə verməkdə, azyaşlı qızını zorlamaqda təqsirləndirilən Saymur Şahalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Saymur Şahalıyev 15 il azadlıqdan məhrum edilib.

İttihama görə, Saymur Şahalıyev qeyri-rəsmi ər arvad olduğu qadına xüsusi işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb.

Bununla yanaşı o, qadının 9 yaşlı qızını zorlamaqda və azyaşlı oğlunu girov saxlamaqda təqsirləndirilir.

Təqsirləndirilən şəxs bununla yanaşı, qadının çılpaq video görüntülərini çəkərək onu ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb edib.

Qadın pulu verməkdən imtina etdiyi üçün o həmin çəkilişin diskinin qadının ərinə göndərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.