Cəmiyyət

Əhali arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ - VİDEO

24 Sentyabr 2023 08:06
Baxış: 4 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəlik geniş yayılıb.

Maraqlıdır uşaqlar və yeniyetmələr arasında sürətlə yayılan hansı xəstəlikdir?

Milli.Az xəbər verir ki, həkim Səxavət Xəlilli "Xəzər TV"yə bildirib ki, ümumilikdə hər il payız mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma dinamikasında müəyyən qədər artım olur.

Həkimin sözlərinə görə, bu, mövsümi xəstəlik olaraq qiymətləndirilir.

Qeyd olunub ki, qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi hallar davamlı olacağı tədqirdə mütləq həkimə mürəciət edib təyinatı dəqiqləşdirmək lazımdır.

Xüsusi risk qrupundan olan insanlara gəlincə, Səxavət Xəlilli deyib ki, 5 yaşa qədər olan uşaqlar, 65 yaşdan yuxarı yaşlılar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar mövsümi qripə qarşı peyvənd oluna bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.