Cəmiyyət

Bakıda hələ də parklanmadan qanunsuz pul yığanlar var... - VİDEO

18 Avqust 2023 13:41
Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda parklanma yerləri rəsmi ödəniş əsasında nağdsız qaydada həyata keçirilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, lakin canfəşanlıq göstərərək avtomobili saxlamağa "kömək" etmək istəyənlər də var. Yaxınlaşıb sual verdikdə isə ''mən parklanmaya nəzarət etmirəm'' deyir.

"Xəzər Xəbər"in çəkiliş apardığını görən bəzi parklanmaya nəzarət edənlər isə müsahibə verməkdən imtina edərək ərazindən uzaqlaşdılar.

Amma bəzi nəzarətçilər var ki, onlar hələ də qanunsuz fəaliyyət göstrərdiklərindən xəbərsiz olduqlarını deyirlər.

Sürücülər isə bildirir ki, elə ərazilər var ki, orada ödənişi məcbur qalıb nəzarətçilərə verirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, paytaxtın təxminən 9-10 küçəsində dövlət tərəfindən təşkil edilmiş qanuni parkinq sahələri fəaliyyət göstərir. Həmin küçələr haqqında ''azparkinq'' tətbiqi vasitəsilə məlumat əldə etmək mümkündür. Orada nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.

Qeyd edək ki, parklanma yerlərində nağd şəkildə pul tələb edilərsə, sürücü həmin şəxs barəsində polisə məlumat verməlidir.  

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.