Cəmiyyət

Bakıda DƏHŞƏT: iki şəxs küçədə uşağı döyüb videoya çəkdi - VİDEO

4 Avqust 2023 11:13
Baxış: 2 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Bakıda azyaşlı oğlanın yeniyetmələr tərəfindən döyülməsi ilə bağlı görüntülər yayılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, kamera görüntülərindən aydın olur ki, hadisə iki gün əvvəl-avqustun 2-də qeydə alınıb. 

Hələ ki, şəxsiyyətləri məlum olmayan iki şəxs mağazanın qarşısında oturan azyaşlıya şiddət göstərir, daha sonra telefonla çəkirlər. Videoda bildirilir ki, bundan sonra uşaq ağlaya-ağlaya evə gedərək hadisəni anasına danışıb və kameralar açdırılıb. Daha sonra 102 "Qaynar xətti"nə müraciət edilib. 

Maraqlıdır ki, bütün bunlar insanların gözü qarşısında baş versə də, müdaxilə edən olmur. Yalnız sonda həmin azyaşlı məkandan uzaqlaşdırılır. 

DİN-in Mətbuat xidmətindən bilidirilib ki, sözügedən hadisədən xəbərdardırlar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Təhlükəsizlik kamerasına düşmüş həmin görüntüləri təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.