Cəmiyyət

Pensiyaçılara şad xəbər... - Layihə MM-ə təqdim olunur... - VİDEO

28 İyul 2023 11:34
Baxış: 4 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özəl pensiya fondlarının yaradılması məqsədilə normativ-hüquqi sənədlərin hazırlanması istiqamətində işlər görülür.

Xəbər verdiyimiz kimi, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ilin birinci yarısında gördüyü işlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, o bildirib ki, prosesin yekununda müvafiq layihələr baxılması üçün Milli Məclisə təqdim olunacaq.

Fondun sədri bu ilin əvvəlində həyata keçirilən 4-cü sosial islahat paketinə də diqqət çəkib.

Qeyd edib ki, 1.9 milyon nəfəri əhatə edən islahatın illik əlavə maliyyə tutumu 750 milyon manat olub. İslahat çərçivəsində minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb.Bu il sosial ödənişlərdə artımlar ümumilikdə 810 min nəfərə şamil olunub.

Himalay Məmişov əlavə edib ki bu ilin yanvar-iyun aylarında 1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət almış 17 min 234 şəxsə birdəfəlik ödəniş təyin edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.