Cəmiyyət

Təbiət bölgələrdə "şıltaqlıq" etməkdə davam edir... - VİDEO

17 İyun 2023 16:48
Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü külək nəticəsində yevlaxın  küçə və prospektlərində binaların dam örtüyü uçub, avtomobillərə ziyan dəyib, elektrik enerjisinin verlişində fasilələr yaranıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ildırım çaxması nəticəsində hərəkətdə olan avtomobil yaxınlıqdakı dirəklərə çırpılaraq əzilib. Şəhərin Qanboy Quliyev, Qarxunlu Əşrəfbəy küçələrində yerləşən binaların dam örtüyü dağılıb.

Həmçinin Bakı-Qazax yolunun şəhər ərazisindən keçən hissəsində yerləşən avtoservis binasının dam örtüyü güclü küləyə tab gətirməyərək magistrala düşüb.

Yaranmış fəsadların aradan qaldırılması üçün əraziyə Yevlax Rayon İcra hakimiyyəti və Fövqaladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları cəlb edilib. 

Ötən gecə yağışla müşahidə edilən güclü külək Mingəçevir şəhərində də fəsadlar törədib. Şəhərin bir neçə küçə və prospektində aşan ağaclar elektrik naqillərini qırıb. Evlərin işıqla təchizatında problemlər yaranıb. 20 yanvar küçəsində iki böyük çinar ağacı aşaraq minik avtomobilin üzərinə düşüb.

Küləyin yaratdığı fəsadlar adiyyatı qurum əməkdaşları tərəfindən aradan qaldırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.