Cəmiyyət

Bayıldan Əhmədliyə dənizlə necə getmək olar? - VİDEO

12 İyun 2023 16:40
Baxış: 1 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın bir çox ölkələrində dəniz taksiləri xidmətindən daha çox istifadə edilir.

Bu taksilərlə mənzil başına daha qısa müddətdə, tıxaca düşmədən çatmaq mümkündür. Beləcə həm də şəhərdəki sıxlıq nisbətən azalmış olur.

Milli.Az APA TV-yə istinadən bildirir ki, dəniz taksiləri rahat nəqliyyat vasitəsi olmaqla yanaşı, səyahət zamanı sərnişinlərə böyük zövq verir. Hazırda İngiltərə, ABŞ, Tayland, Yaponiya və qonşu Türkiyədə dəniz taksiləri fəaliyyət geniş şəkildə göstərir. Bəs Azərbaycanda, yəni Xəzər dənizində dəniz taksilərindən istifadə edə bilsəydik, nə baş verərdi?

Nəqliyyat eksperti Elmədin Muradlı deyir ki, Azərbaycanda dəniz taksilərini fəaliyyətə başlaması ilə bağlı zaman-zaman təkliflər olub, amma... Elməddin Muradlı qeyd edir ki, dəniz taksilərindən istifadə şəhər nəqliyyatı ilə bağlı vəziyyətimizi yüngülləşdirər, sıxlığı azaldar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.