Cəmiyyət

Mərakeş çəyirtkələri bölgədə... - Əkin sahələrinə TƏHLÜKƏ var - VİDEO

2 İyun 2023 13:20
Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gündür Lerik rayonunun Barzavu və Ambu kəndlərindəki əkin sahələrinə Mərakeş çəyirtkələri daraşıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ziyanvericilər ilk olaraq ərazidə heyvan otaran çobanlar tərəfindən aşkar olunub. Onlar bu barədə kənd sakinlərini və aidiyyəti orqanları məlumatlandırıblar.

Çəyirtkələrin əkin sahələrinə yayılmasının  qarşısını  almaq üçün  Lerik  bitki mühafizə mərkəzi tərəfindən mübarizə tədbirlərinə başlanıb.

Qeyd edək ki, çəyirtkələr 50 hektara yaxın əkin sahəsinə daraşıb. Mütəxəssislərin sözlərinə görə əgər qabaqlayıcı tədbirlər görülməzsə Mərakeş çəyirtkələri istənilən əkin sahəsini qısa müddət ərzində yararsız hala sala bilir. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.