Cəmiyyət

Göyçay qaranlığa qərq oldu

31 May 2023 22:08
Baxış: 1 179
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 31-də günün ikinci yarısında Göyçay rayonunda başlayan güclü küləklə müşayiət edilən leysan xarakterli yağış axşam saatlarında dayanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən zərər çəkmiş evlərə, ərazilərə baxış keçirilir. Yolun hərəkət hissəsinə, dam örtüklərinin üzərinə aşan ağaclar təmizlənir.

Qəzalı vəziyyətə düşən elektrik və rabitə dirəklərinin, naqillərinin bərpası üçün xüsusi işçi qüvvəsi işləyir. Buna baxmayaraq, kəndlər də daxil olmaqla rayon mərkəzinə elektrik enerjisinin verilişi tam dayandırılıb. Qaz xətlərinə ciddi zərər dəyməsə də, təhlükəsizlik baxımından şəhərin bəzi ərazilərinə qaz təchizatı da dayandırıb.

Kəndlərdə taxil, bostan sahələrinə, meyvə bağlarına, fərdi evlərə, rayonda yaşayış binalarına ciddi zərər dəyib.

Hazırda rayona dəyən zərərlə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.