Cəmiyyət

Adı kimi özü də bəlalı olan “Ukrayna dairəsi”... VİDEO

8 May 2023 16:36
Baxış: 1 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna dairəsi yol qəzalarının daha çox baş verdiyi ərazilərdəndir. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, maşınla bu dairənin başına 1 dəfə də olsun dolanan sürücülər orada nələrin yaşandığını yaxşı bilir. 

Ekspertlər bildirir ki, bu dairədə hərəkətin düzgün təşkil olunmaması, ərazidə qəza riskini artır.

Dairədə zolaqların sayının 5-6, hətta 7 olduğu yer var. Dairənin giriş çıxışı da çoxdur. Bu səbəbdən də sürücülər sağdan sola çarpaz yerdəyişmə edirlər ki, bu da bəzən qəza şəraiti yaradır.

Nəqliyyat eksperti Elməddin Muradlı "Xəzər Xəbər"ə bildirib ki, problemin aradan qaldırılması üçün dairənin ləğvi, eləcə də digər təkliflər gündəmdədir.

Onun fikrincə, Ukrayna dairəsindəki vəziyyəti normallaşdırmaq üçün, Azneft dairəsindəki hərəkətin təşkili mexanizmini də tətbiq etmək olar.

Ekspert qeyd edib ki, yol nəqliyyat hadisələrinin baş verməsində 3 əsas faktor var:

Birinci sürücünün qeyri-peşəkarlığı, ikinci yol şəraiti, üçüncü isə nəqliyyat vasitələrinin keyfiyyətidir. Sözügedən dairə ətrafında isə yol şəraiti ilə digər iki faktorun birləşməsi qəzanı qaçılmaz edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.