Cəmiyyət

Balakəndə motosklet kanala düşdü: xəsarət alanlar var - YENİLƏNİB

23 Aprel 2023 23:15
Baxış: 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:15

Balakəndə yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Milli.Az xəbər verir ki, bunlar Zaqatala rayonu Danaçı kənd sakinləri olan motoskletin sürücüsü 2002-ci il təvəllüdlü Sahib İsmayıl oğlu Kahayev və 2004-cü il təvəllüdlü Kamran İsa oğlu Yumuxovdur. Gənclər Balakən rayonun Kortala kəndində futbol oynayıb Zaqatala geri qayıdarkən yol qəzasına düşüblər.

--------

21:57

Balakəndə motosklet kanala düşüb, biri ağır olmaqla iki nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 20 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun Kortala kənd inzibati ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon Danaçı kənd sakininin idarə etdiyi motosklet sərt döngədə idarəetmədən çıxaraq yolun kənarındakı 1 metr dərinliyindəki kanala düşüb. Qəza nəticəsində motoskletin sürücüsü və sərnişin, Zaqatala rayonu Danaçı kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.