Cəmiyyət

Daha bir avtobus KART sisteminə keçir - Bundan sonra ödəniş...

8 Aprel 2023 10:07
Baxış: 2 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 10-dan etibarən daha bir avtobus marşrutunda gedişhaqqı "BakıKart" vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, bu, "Azadlıq Prospekti" metrostansiyası (S.S.Axundov küçəsi) ilə Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xəttidir.

Bildirilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.