Cəmiyyət

İstilik mövsümünün müddəti uzadıla bilər - VİDEO

4 Aprel 2023 20:35
Baxış: 1 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda istilik mövsümünün müddəti bir ay artırıla bilər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu məqsədlə "Azəristiliktəchizat" ASC Energetika Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı danışıqlar aparır.

"Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətin piar-meneceri Rüxsarə Babayeva deyib ki, hazırda normativ sənədlərdə dəyişikliklərin edilməsi üçün 3 dövlət qurumu ilə birlikdə araşdırmalar aparılır.

Rüxsarə Babayevanın sözlərinə görə, mövsümün müddətinin dəyişdirilməsi asan məsələ deyil. Çünki bu zaman əlavə enerji resursları,vəsait və əməkdaşlara ehtiyac yarana bilər.

Xatırladaq ki, Azərbaycanda istilik mövsümü noyabrın 15-dən aprelin 15-nə kimidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.