Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun 40 mərasimi keçirilir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncədə keçirilən yas mərasimində səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev də iştirak edir.
Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov xəsarət alıblar.
O. Əsgərovun cənazəsi yanvarın 29-u Bakıya gətirilib. O, yanvarın 30-u II Şəhidlər xiyabanında dəfn edilib.
Milli.Az