Şəhid Orxanın 40 mərasimində Vasif də iştirak edir - FOTO

9 Mart 2023 12:42

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun 40 mərasimi keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncədə keçirilən yas mərasimində səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev də iştirak edir.

Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov xəsarət alıblar.

O. Əsgərovun cənazəsi yanvarın 29-u Bakıya gətirilib. O, yanvarın 30-u II Şəhidlər xiyabanında dəfn edilib.

Milli.Az