Astarada meşədə yanğın başlayıb: söndürülməsi işləri davam etdirilir - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
22:44
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Görülən tədbirlər sayəsində yanğınların geniş əraziyə yayılmasına imkan verilmədən qarşısı alınıb. Hazırda közərmə ocaqlarının söndürülməsi işləri davam etdirilir.
Yanğınların söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli sakinlər cəlb olunub.
Havanın küləkli olması və bir sıra istiqamətlərdə relyefin mürəkkəbliyi yanğınlarla mübarizə tədbirlərini çətinləşdirsə də hazırda yanğınların tam söndürülməsi tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Eyni zamanda, Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
Əlavə məlumat veriləcək.
---------
21:20
Bu gün axşam saatlarında Astara rayonunun Ovala kəndi yaxınlığındakı meşə sahəsində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Milli.Az-a bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb sözügedən kənddə yaşayan vətəndaşın həyətyanı sahəsində yandırdığı xəzəllərin güclü külək nəticəsində yaxınlıqdakı meşəyə yayılmasıdır.
O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN -in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ləman Ələşrəfqızına İqbal Ağazadənin adından dələduzluq (Foto)
-
Gürcüstanda azərbaycanlı qız öldürüldü - (Foto)
-
Sifariş etdiyi avtomobil aksesuarı gözlədiyi kimi gəlmədi
-
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub
-
Gilas boldur, ucuzdur amma satılmır: Məhsul xarab oldu
-
Elnur Hidayətoğlu TƏBİB-dən getdi
XƏBƏR LENTİ
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
-
Kriptovalyuta bazarında yüksəliş: "Bitcoin" 106 min dolları keçdi
-
Qurban Qurbanov "Qarabağ"ın məğlubiyyətlərindən danışdı
-
Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə
-
Türkiyədə bir gündə 20 zəlzələ
-
Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü
-
2 iyul Azərbaycanda Polis Günüdür
-
Xalq artisti qızına 2 gün toy edəcək - (Foto)
-
İstanbulda güclü yanğın: Yaralılar var - (Foto)
-
Gəncədə azyaşlı xəstəxanada öldü
-
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb - (Foto)
-
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
-
DÇ-2026: ABŞ və Belçika 1/8 finalda
-
"Ər çörəyi yeyəndə kökələcəyəm" - Səmra Hüseynova
-
Kinoalı tabule resepti
-
Ən çox kolleksiya yaratmağa meyilli 4 bürc: Yığmağı sevənlər
-
Ajda Pekkanın 72 yaşlı bacısının hovuz görüntüsü gündəm oldu - (Video)
-
120 il yaşamaq üçün nə edək?
-
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
-
Keçmiş sevgilisi türk modeli məhkəməyə verdi: 3 qəpiklik təzminat...
-
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
-
Xalq artistinin arxiv müsahibəsi yenidən gündəm oldu: Kövrək anlar - (Video)
-
Güclü və parlaq saçların sirri: İtalyan üsulu saç yuma
-
Zelenski təcili Kiyevə qayıdır





