Türkiyə

İstanbulda güclü yanğın: Yaralılar var - (Foto)

2 İyul 2026 09:23
Baxış: 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İstanbulun Adalar rayonuna daxil olan Böyükadada meşə yanğını baş verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Yanğının söndürülməsi və alovun ətraf ərazilərə yayılmasının qarşısının alınması üçün aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub.

Hazırda yanğının başvermə səbəbi araşdırılır. Yaralıların vəziyyəti ilə bağlı isə hələlik ətraflı məlumat açıqlanmayıb.

Qeyd edək ki, Böyükada İstanbul vilayətinin Adalar rayonuna daxil olan Şahzadə adalarının ən böyük və ən çox ziyarət edilən adalarından biridir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.