Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kəmaləddin Heydərov: “Fəlakət zonasında Kürün səviyyəsi 1,5 metr düşüb”
14 May 2010 14:43
Baxış: 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov fəlakət bölgəsində jurnalistlərə açıqlamasında deyib. Nazir Neftçala ərazisində Kürün deltasına baxış keçirdiklərini, Xəzər Dəniz Gəmiçiliyinin iki gəmisinin orada işlədiyini bildirib: "Çayın dənizə tökülən hissəsində lildən təmizləmə işləri aparılır. İki gün əvvəl orda olan mayakın ətrafı suyun içində idi. Amma bu gün görünür ki, artıq görülən işlər müsbət nəticələr verib. Bu iş davam etdiriləcək".
Nazir Şirvan şəhərinin Bayramlı qəsəbəsində Kürün dağıtdığı bənddə bərkitmə işlərinin tam başa çatdığını deyib: "Özünüz də görürsünüz ki, əvvəllər su basan ərazilərdə indi su durulub. Bu o deməkdir ki, artıq ora su axmır. Mürsəlli kəndində uçan bənd iki saat əvvəl bağlandı. Orda bəndin bərkidilməsi işləri gedir. Yaxınlıqdakı evlərdən, aparılan müşahidələrdən də görünür ki, suyun səviyyəsi 1 metr yarıma qədər düşüb. Artıq əhalinin yaşadığı yerlərə, əkin sahələrinə, örüş yerlərinə su axmır. Görülən işin ilkin nəticəsi tam qənaətbəxşdir".
K. Heydərov başqa təhlükələrin olmaması üçün tədbirlərin görüldüyünü də açıqlayıb: "Yəqin ki, bu gündən başlayaraq çadır şəhərciklərində yerləşdirilən əhalini öz evlərinə köçürəcəyik. Bunlar iki-üç gün əvvəl köçürülən, evlərini su basmamış sakinlərdir. Su basan evlərdə, həyətlərdə isə bu gündən etibarən Fövqəladə Fallar Nazirliyinin su nasosları suyu çəkməyə başlayacaq, Səhiyyə Nazirliyinin əməkdaşları orda antisanitariya işlər görməlidir. Hər hansı xəstəliklərin yayılmaması üçün lazımi addımlar atılmalıdır. Proses bu gündən başlayıb. Sevindirici haldır ki, qısa zamanda dövlət qurumları yaranan problemi aradan qaldıra bildi. Bizi daha çox sevindirən isə insan tələfatının olmamasıdır. Vəziyyət stabildir. Açılan bəndlərin hamısı bağlanıb. Vəziyyətin stabil olduğunu söyləmək olar. Bununla belə, təhlükəsizlik tədbirləri davam etdirilir, bundan sonra da ediləcək".
"Hava şəraiti pisləşərsə, fəlakət bölgəsində yenidən problemlər yarana bilərmi" sualına cavab olaraq K. Heydərov bunları deyib: "Cənab prezident burada müşavirə keçirəndə, camaatla görüşəndə, dedi ki, vəziyyət onun tam nəzarəti altındadır. Ona görə də bütün xilasedici, nəzarətedici, bərpaedici qurumlar bu prosesi nəzarət altında saxlayır. Bundan sonra hansısa səbəbdən suyun qalxması baş verərsə, inanmıram ki, bu miqyasda fəlakət olsun. Ancaq yenə də təbiətlə zarafat etmək olmaz. İşimizi əvvəlcədən görməliyik ki, problem yaranmasın".

DİGƏR XƏBƏRLƏR
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Bu institutda direktor 6 min, müavinləri 5 min manat alacaq
-
Prezident təqaüdü alanların sayı açıqlandı
-
Yanacaq doldurdu, amma şlanqı ayırmağı unutdu - Magistral yolda təhlükəli anlar - (Video)
-
Məktəblər qışa hazırdırmı? - Agentlikdən açıqlama
XƏBƏR LENTİ
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi