Cəmiyyət

Alt, yoxsa üst mərtəbə... – Zəlzələ anında hansı daha təhlükəsizdir?

9 Fevral 2023 16:00
Baxış: 2 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə baş vermiş dəhşətli zəlzələ bir sıra narahatlıqlar yaradıb. Zəlzələ zamanı xüsusilə bina evlərində təhlükənin daha böyük olduğu ehtimal edilir. Odur ki, "üst, yoxsa alt mərtəbələr daha təhlükəsizdir?" kimi suallar tez-tez eşidilir.

Milli.Az bildirir ki, sfera.az məsələnin aktuallığını nəzərə alaraq mövzuyla bağlı kiçik araşdırma aparıb.

Üst mərtəbədə yaşayırsınızsa, mütəxəssislər zəlzələ anında binanı tərk etməməyi məsləhət görür:

"Zəlzələ anında həm pilləkənlər, həm də lift sizin üçün çox təhlükəlidir. Üst mərtəbələr aşağı mərtəbələrə nisbətən daha çox titrəyir. Buna görə panikaya düşməyin və sakit olun. Özünü pəncərələrdən və balkonlardan atmaq məhz həmin panikanın nəticəsidir. Zəlzələ zamanı ən doğru davranış binadakı təhlükəsiz yerlərdə zəlzələnin keçməsini gözləməkdir. Təkanlar bitdikdən sonra 10 saniyə ərzində binanı tərk edə bilərsiniz. Zəlzələ zamanı alt mərtəbədə olmağınız isə yalnız binanı tez tərk etməyiniz baxımından əhəmiyyətli ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.