Mədəkiçiltmə əməliyyatı: Tanınmış cərrah çox danışılan iddianı yalanladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dünya praktikasında mədəkiçiltmə əməliyyatından sonra xərçəngin yaranması praktikası yoxdur. Bu məsələ gündəm deyil. Bir neçə il əvvəl bu fikir gündəmə gəlmişdi və öz açıqlamasını da tapdı. Bunun yanlış fikir olması ilə əlaqədar Azərbaycan Milli Onkologiya Mərkəzinin və Səhiyyə Nazirliyinin də müəyyən açıqlamaları olmuşdu. Hər kəsə də aydın oldu ki, bu əməliyyatın xərçəng yaratma ehtimalına aidiyyəti yoxdur".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu fikirləri laparoskopik bariatrik-metabolik cərrah Taryel Ömərov bildirib.
Həkimin qənaətincə, müəyyən saytlar baxış sayını artırmaq üçün bu kimi yanlış məlumatlardan istifadə edib şou yaradırlar: "Yanlış informasiyalar insanlarda çaşqınlıq yaradır. Mədəkiçiltmə əməliyyatı xərçəng üçün risk faktoru hesab oluna bilməz. Əgər belə bir hal olsaydı, bu, dünya protokoluna çoxdan daxil olmuşdu".
Taryel Ömərov deyir ki, mədəkiçiltmə əməliyyatı maddələr mübadiləsini düzəltməyə doğru atılan bir prosesdir: "Bu əməliyyatdan sonra adətən insanlar çox az qida qəbul edib tez doyurlar. Biz pasientlərə məsuliyyətli bir şəkildə izah edirik ki, siz sağlam qidalanma ilə məşğul olmalısınız. Yəni normal ət, tərəvəz qəbul edin ki, bədəndə hər hansı başqa proseslər baş verməsin. Əlbəttə, istənilən şəxs üç gün yemək yeməsə, immuniteti düşər. Əgər insan bir həftə, 10 gün protein, yəni tərkibində zülal ehtiva edən qidalar qəbul etməsə, istənilən proseslər baş verə bilər. Ümumiyyətlə, xəstə əməliyyatdan sonra qidalanmasına xüsusi diqqət etməlidir".
"Bəzən həddindən artıq ağır çəkili insanın mədəsini kiçildən zaman onun qolları, ayaqları bədənə uyğun olmur. Adətən 170-180 kilolu pasientlər 80 kiloya düşəndən sonra onda dəri sallanmaları baş verə bilir. Bu dəri sallanmalarının korreksiyası üçün bir sıra cərrahi əməliyyatlara ehtiyac ola bilir",- deyə cərrah qeyd edib.
Adətən xəstəxanalar bu əməliyyata müxtəlif qiymət qoyurlar. Taryel Ömərov qiymət fərqini həkimin professionallığı, peşəkarlığı və əməliyyat zamanı istifadə etdiyi tək istifadəli alətlərin marka və sayı ilə izah edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Anamsız bizə çətindir” - “Arzum”un qızı
-
Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub (Foto)
-
DYP motosiklet və moped sürücülərinə müraciət etdi
-
Ən problemli sürücülər bu avtomobili sürür
-
Yeni mövsümün maraqla gözlənilən serialı “Anne yarısı”ndan yeni xəbər
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - (Video)
XƏBƏR LENTİ
-
DÇ-2026: İspaniya dünya çempionu oldu
-
Soğan qovurarkən bir çimdik əlavə etmək kifayətdir: Rəngi də, dadı da tamamilə dəyişir
-
Tramp Dünya Çempionatının finalını izləyir (Foto/Video)
-
Peruda zəlzələ nəticəsində 6 nəfər ölüb
-
Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır (Video)
-
"Survivor"un iştirakçısı göz yaşları ilə qarşılandı - (Foto)
-
Üzüm yarpağının suyu niyə daşır?
-
Günün qoroskopu: İş həyatınızda gözlənilməz bir fürsət yarana bilər
-
İranın zərbələri nəticəsində ABŞ hərbçiləri həlak olub
-
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
-
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
-
Bir həftə əvvəl kanalda batan yeniyetmənin (Fotosu)
-
Qalmaqallı həkimlə bağlı növbəti iddia - Xəstəni narkozsuz liposaksiya əməliyyatı edib (Video)
-
Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı
-
Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu (Foto)
-
Azərbaycan–Almaniya tərəfdaşlığı: Enerjidən “yaşıl” iqtisadiyyata və tranzitə keçid
-
“Anamsız bizə çətindir” - “Arzum”un qızı
-
"Yeni oxuyan tapıb, ona görə məni atıb" - Nadir Qafarzadə
-
DÇ finallarında 48 ildən sonra ilk yaşanacaq
-
Kəngərlidə ağır qəza - ölən və yaralananlar var (Foto)
-
Əraqçi: Netanyahu İranı parçalamaq istəyir
-
Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub (Foto)
-
Bülent Ersoy estetik əməliyyatdan sonra (Foto)
-
Tovuzda fərdi evdə yanğın oldu - 5 nəfər tüstüdən zəhərləndi (Foto)





