Bu gün Həzi Aslanovun anım günüdür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor Həzi Aslanovun anım günüdür.
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə təhsilini bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. Təhsilini başa vurandan sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. Donbas və Moskva ətrafında vuruşmalarda qəhrəmanlıq göstərib. Xarkov və Stalinqrad uğrunda gedən döyüşlərdə H.Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər. H.Aslanov Stalinqrad uğrunda rəşadətli döyüşlərinə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyən qəhrəman yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdıb. 1944-cü ilin martında ona tank qoşunları general mayoru rütbəsi verilib. O, Volqadan başlamış bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərib. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.
O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərib. H.Aslanovun qvardiya polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib.
Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. 1944-cü ildə general-mayor H.Aslanov Belarus cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunub. Qəhrəmanın qəbri Bakıda Şəhidlər Xiyabanındadır.1969-cu ildə Həzinin vətəni Lənkəranda onun ev muzeyi açılıb, şəhərinin mərkəzində onun boyük heykəli ucalır. Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
XƏBƏR LENTİ
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı





