Cəmiyyət

Yasamalda 4-5 yaşlı uşağın motosiklet sürdüyü görüntülər araşdırılır - VİDEO

20 Yanvar 2023 03:46
Baxış: 1 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Bakıda azyaşlının motosiklet sürməsi ilə bağlı görüntülər yayılıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, görüntülərin Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində lentə alındığı bildirilir.

Görüntülərdə 4-5 yaşlı uşağın hərəkətdə olan maşınların arasında motosiklet sürdüyü görünür.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, görüntülərə polis öz səlahiyyəti çərçivəsində hüquqi qiymət verəcək:

"Bu kimi hadisələrdə uşağın valideynləri günahkardır. Bu mənzərə nə məntiqə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə çətinlik çəkirsən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.