Cəmiyyət

"Mən arvad hesabına dolanıram" - Nemət Pənahlıdan ETİRAF

18 Yanvar 2023 07:46
Baxış: 1 692
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı TV Müsavat-ın canlı efirində aparıcı Sevinc Telmanqızının qonağı olub. 

Milli.Az musavat.com-a istinadən bildirir ki,Nemət Pənahlı Sevinc Telmanqızının "Necə dolanırsınız?" sualına belə cavab verib:

"Yoldaşım məktəbi qırmızı attestatla, universiteti qırmızı diplomla bitirib. Onu Nemət Pənahlının yoldaşı olduğu üçün işə götürmədilər. Amma yüksək səviyyədə əl qabliyyəti var. Hicablı bir rəfiqəsinin gəlinliyini bəzədi, ondan sonra hicablı gəlinlər bəzənmək üçün kütləvi şəkildə gəldilər yoldaşımın yanına. Həcər xanım ondan sonra başladı bu işlə məşğul olmağa. Bu, bizim yeganə dolanışıq mənbəyimizdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.