Cəmiyyət

Eynək insanları ağıllı göstərmirmiş...

17 Yanvar 2023 08:43
Baxış: 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Eynəkdən istifadə etmək insanları daha ağıllı və intellektual göstərmir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İordaniyada aparılan elmi araşdırmalar nəticəsində bu qənaətə gəlinib.

Belə ki, eynəklərin insanları daha ağıllı göstərməsinə dair stereotip qırılıb.

İordaniya Universitetinin alimləri müəyyən ediblər ki, eynəksiz insanlar eynəklilərə nisbətən daha cəlbedici olurlar.

İordaniyadakı tədqiqatda 517 tələbə iştirak edib. Bu insanların 33,1 faizi eynək taxıb. Bütün şəxslərin fotoşəkilləri çəkilib. İştirakçılardan şəkillərə cəlbedicilik, zəka və özünəinam baxımından 1-dən 10-a qədər qiymətləndirmələri istənilib. Nəticədə eynəksiz fotoların eynəkli olanlardan daha cəlbedici, ağıllı və özünəinamlı göründüyünü ortaya çıxıb.

Qeyd edək ki, qərb ölkələrində aparılan bir çox tədqiqatlara görə, eynək şəxsin intellekt səviyyəsinin əsas göstəricisi sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.