Cəmiyyət

Qəzalı yataqxananın sakinləri - FOTOREPORTAJ

14 Yanvar 2023 23:57
Baxış: 1 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq fabrikinin qəzalı yataqxanasında 35 məcburi köçkünlər yaşayırlar.

Yataqxanada nəmişlikdən binanın beton qatları yararsız haldadır, armaturlar açıqda qaldığından paslanır. Yağan yağışdan sonra suyun qarşısını almaq çox çətindir.

Milli.Az Real TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən binaya baxış keçirilib və binanın qəzalı olduğu bildirilib.

Məcburi Köçkünlərlə İş üzrə Komitədən məsələ ilə bağlı bildirdilər ki, işğaldan azad olunmuş torpaqlarda evlər tikildikdən sonra ilk növbədə onlar öz doğma yerlərinə göndəriləcəklər.

Xətai rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, binadan xəbərdardırlar və müvafiq qurumlara müraciət artıq göndərilib. Verilən qərara uyğun olaraq tədbirlər görüləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory