Cəmiyyət

Nişanı olan 13 yaşlı qız niyə məktəbə getmir?

28 Dekabr 2022 22:57
Baxış: 1 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda azyaşlı qızın ərə verilməsiylə bağlı bəzi məlumatlar əldə edilib.

Belə ki, rayonunun Alakol kəndində nişan mərasimi təşkil edilən 13 yaşlı qız və 17 yaşlı oğlan xala uşağıdırlar.

17 yaşlı oğlanın Gəncədə yaşadığı bildirilir.

Kənd sakinlərinin sözlərinə görə, qızın ailəsi Rusiyaya gedib və bir müddət öncə Azərbaycana qayıdıb. Qeyd olunub ki, 13 yaşlı qızın hazırda məktəbə getmir.

Milli.Az bildirir ki, məsələ ilə bağlı azyaşlı qızın qohumları Baku TV-yə danışıblar.

"Rusiyaya gedəndə 7-ci sinifdə oxuyurdu, qayıdarkən məktəb rəhbərliyindən bildirildi ki, qızımız 8-ci sinifdə yox təkrar 7-ci sinifdə oxumalıdı. O, utandı deyə məktəbə getmədi. Gələn il təhsilinə davam edəcək", - deyə nişanı olan qızın əmisi qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.